Çillə gecəsi və “Azerbaijan Post” qəzetinin ildönümü qeyd edilir Azerbaijan Post fəaliyyətinin 17-ci ilinə qədəm qoyur

Kanadada yaşayan Azərbaycan türklərinin ən nüfuzlu media orqanlarından biri kimi tanınan Azerbaijan Post qəzeti bu il media fəaliyyətinin 17-ci ilinə daxil olur. Qəzet illər boyunca elmi, mədəni, ictimai və xəbəri məzmunları müntəzəm yayımlamaqla Azərbaycan türklərinin kimliyini, tarixini, dilini və cəmiyyətin problemlərini işıqlandırmaqda mühüm rol oynayıb və bu gün qürurla 17-ci ilinə qədəm qoyur.Bu münasibətlə xüsusi və unudulmaz bir gecə təşkil olunacaq və həmin tədbirdə iki önəmli gün bir arada qeyd ediləcək:
Çillə gecəsi – Azərbaycan türklərinin ən qədim mədəniyyət qatlarından gələn, tariximizin, dastanlarımızın və inanclarımızın yadigarı olan müqəddəs gecə. Min illərdir ailə birliyinin, işığın qaranlıq üzərində qələbəsinin, ümid və yeniliyin simvolu kimi yaşadılmışdır.
Azerbaijan Post qəzetinin 17-ci il dönümü, hansı ki, bu illər ərzində müstəqil, davamlı və elmi yanaşma ilə media missiyasını davam etdirmiş və bu gün Kanadada Azərbaycan türklərinin ən fəal və etibarlı mədəniyyət və kimlik platformalarından birinə çevrilmişdir.
Bütün soydaşlarımızı və maraqlananları bu unudulmaz gecədə bizimlə olmağa dəvət edirik ki, çillə gecəsini – türklərin minillik mədəniyyət yadigarını – və Azerbaijan Post qəzetinin 17-ci il dönümünü birlikdə qeyd edək.

Kanadada yaşayan Azərbaycan türklərinin ən nüfuzlu media orqanlarından biri kimi tanınan Azerbaijan Post qəzeti bu il media fəaliyyətinin 17-ci ilinə daxil olur. Qəzet illər boyunca elmi, mədəni, ictimai və xəbəri məzmunları müntəzəm yayımlamaqla Azərbaycan türklərinin kimliyini, tarixini, dilini və cəmiyyətin problemlərini işıqlandırmaqda mühüm rol oynayıb və bu gün qürurla 17-ci ilinə qədəm qoyur.
Bu münasibətlə xüsusi və unudulmaz bir gecə təşkil olunacaq və həmin tədbirdə iki önəmli gün bir arada qeyd ediləcək:
Çillə gecəsi – Azərbaycan türklərinin ən qədim mədəniyyət qatlarından gələn, tariximizin, dastanlarımızın və inanclarımızın yadigarı olan müqəddəs gecə. Min illərdir ailə birliyinin, işığın qaranlıq üzərində qələbəsinin, ümid və yeniliyin simvolu kimi yaşadılmışdır.
Azerbaijan Post qəzetinin 17-ci il dönümü, hansı ki, bu illər ərzində müstəqil, davamlı və elmi yanaşma ilə media missiyasını davam etdirmiş və bu gün Kanadada Azərbaycan türklərinin ən fəal və etibarlı mədəniyyət və kimlik platformalarından birinə çevrilmişdir.
Bütün soydaşlarımızı və maraqlananları bu unudulmaz gecədə bizimlə olmağa dəvət edirik ki, çillə gecəsini – türklərin minillik mədəniyyət yadigarını – və Azerbaijan Post qəzetinin 17-ci il dönümünü birlikdə qeyd edək.

Çillə gecəsi və “Azerbaijan Post” qəzetinin ildönümü qeyd edilir Azerbaijan Post fəaliyyətinin 17-ci ilinə qədəm qoyur

Leave a Comment