Kanadadakı Azərbaycan icması Zəfər Gününü möhtəşəm mərasimlə qeyd etdi

Kanadadakı Azərbaycan icması Zəfər Gününü möhtəşəm mərasimlə qeyd etdi


Kanadanın Toronto şəhərində 8 Noyabr  Zəfər Günü münasibətilə möhtəşəm bayram tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun və Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin dəstəyi, eləcə də Torontoda fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Mərasimdə yerli ictimaiyyət nümayəndələri, diaspora təşkilatlarının rəhbərləri, tələbələr, Azərbaycanlı ailələr 

və qonaqlar iştirak ediblər.Bayram tədbiri Əməkdar artist Həsən Enaminin ifasında Azərbaycan Respublikasının və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, ardından şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan edilib.Bu gün artıq dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı tərəfindən 8 Noyabr Zəfər Günü böyük sevgi və qürurla qeyd olunur. Dünyanın hər yerində təşkil edilən tədbirlərdə Vətən müharibəsində qazanılmış tarixi Qələbə, şəhidlərimizin fədakarlığı və Azərbaycan ordusunun şücaəti xatırlanır. Torontoda keçirilən bu mərasim də həmin ümumxalq həmrəyliyinin və milli qürurun bir parçası kimi reallaşaraq Kanada azərbaycanlılarının Vətənə bağlılığını bir daha nümayiş etdirib.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri, Torontodakı Azərbaycan Evinin direktoru Lalin Həsənova və Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürlərini bildiriblər. Onlar 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini, bu qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun, şəhidlərimizin və qazilərimizin fədakarlığı sayəsində mümkün olduğunu vurğulayıblar.
Tədbirdə Azərbaycan mədəniyyətini əks etdirən bədii proqram təqdim olunub. Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri və rəqs qrupunun rəhbəri Orxan İslamovun təqdimatında Azərbaycanın milli rəqsləri nümayiş etdirilib və tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.Eyni zamanda, azərbaycanlı rəssam Vüsalə Zeynallının işğaldan azad olunan əraziləri təsvir edən rəsm əsərləri sərgilənib. Qarabağın tarixi, təbiəti və mədəni ruhunu özündə əks etdirən əsərlər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.Tədbir iştirakçıların Zəfər Günü münasibətilə təbrikləri və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

 

Kanadadakı Azərbaycan icması Zəfər Gününü möhtəşəm mərasimlə qeyd etdi


Leave a Comment