MÜASİR “İPƏK YOLU” ÜZƏRİNDƏ TÜRK DÖVLƏTLƏRİNİN İNTEQRASİYA PROSESLƏRİ: ÇAĞIRIŞLAR VƏ PERSPEKTİVLƏR
mövzusunda beynəlxalq konfrans keçirmək planlaşdırılır. Beynəlxalq konfrans 2025-2026-cı illəri əhatə edən üç mərhələli birgə layihə şəklində həyata keçiriləcəkdir. Onlar aşağıdakılardır:
- Azərbaycan, Bakı: Noyabr-dekabr 2025-ci il:
MÜASİR “İPƏK YOLU” ÜZƏRİNDƏ TÜRK DÖVLƏTLƏRİNİN SOSİAL-MƏDƏNİ İNTEQRASİYA PROSESLƏRİ: ÇAĞIRIŞLAR VƏ PERSPEKTİVLƏR
- Türkiyə: May 2026-cı il:
MÜASİR “İPƏK YOLU” ÜZƏRİNDƏ TÜRK DÖVLƏTLƏRİNİN SİYASİ-İQTİSADİ İNTEQRASİYA PROSESLƏRİ: ÇAĞIRIŞLAR VƏ PERSPEKTİVLƏR
- Özbəkistan, Kokand: Oktyabr 2026-cı il:
MÜASİR “İPƏK YOLU” ÜZƏRİNDƏ TÜRK DÖVLƏTLƏRİNİN SOSİAL-İQTİSADİ İNTEQRASİYA PROSESLƏRİ: ÇAĞIRIŞLAR VƏ PERSPEKTİVLƏR
2025-2026 ildə Bakıda keçirilməsi nəzərdə
tutulan beynəlxalq konfransın mövzusu:
MÜASİR “İPƏK YOLU” ÜZƏRİNDƏ TÜRK DÖVLƏTLƏRİNİN SOSİAL-MƏDƏNİ İNTEQRASİYA PROSESLƏRİ: ÇAĞIRIŞLAR VƏ PERSPEKTİVLƏR
Bu beynəlxalq konfransın məqsədi, Türk dövlətlərində sosial-mədəni sahələrdə mövcud çağırışları, inteqrasiya perspektivlərini və strategiyalarını təhlil etmək üçün türk ölkələrindən olan alimlərin, universitetlərin, elm mərkəzlərinin elmi səylərini birləşdirməyə yönəlib. Konfransın keçirilməsi və onun toplusunun ərsəyə gəlməsi üçün, tədqiqatçıları, elmi təşkilatların nümayəndələrini, müvafiq sahələrdən olan müəllimləri və mütəxəssisləri dəvət edirik.
Toplunun əsas bölmələri
1. Türk dünyasında ortaq əlifba və dilin inkişafı: problemlər və perspektivlər
- Türk dövlətləri arasında ortaq əlifbanın və ortaq dilin istifadəsinin problemləri və inkişaf etdirilməsi yolları və bununla əlaqədar təhsil sisteminin təkmilləşdirilməsi;
- Media və rəqəmsal platformalar vasitəsilə ortaq əlifbanın yayılmasının təşviqi;
- Türk dövlətləri arasında dil siyasətinin uyğunlaşdırılması və ortaq dilin inkişafı üçün konkret strategiyaların hazırlanması;
- Türk dövlətləri arasında ortaq dil və əlifbanın inkişafının regoinun mədəni, siyasi və iqtisadi inkişafına təsirlərinin təhlili;
- Türkiyə türkcəsinin Türk Dövlətləri və türk mədəniyyətləri çərçivəsində ortaq ünsiyyət dili kimi qəbul edilməsinin yolları;
- Türk dilinin beynəlxalq dil statusu alması istiqamətində görüləcək işlərin tədqiqi.
2. Türk dünyasında elm və təhsil üzrə inteqrasiya modelləri: təcrübə və yeni yanaşmalar
- Türk dünyasında ortaq dərsliklərin yazılması məsələsi;
- Türk dünyasında ortaq fəlsəfi düşüncə tarixi layihəsinin hazırlanması;
- Türk dünyasında türk xalqlarının ortaq tarixi layihəsinin hazırlanması;
- Türk dünyasında ortaq elmi və fəlsəfi terminalogiyanın inkişaf etdirilməsi məsələsi;
- Elm və təhsil sahəsində birgə strategiyaların yaradılmasının əhəmiyyəti və praktiki tətbiqi;
- İnkişaf edən müasir təhsil yanaşmalarının Türk dünyasında tətbiqi və inteqrasiya potensialı;
- Türk dövlətləri arasında ümumi elmi-tədqiqat və tədris mərkəzlərin yaradılması və bundan irəli gələn müəllim-tələbə heyətinin mübadilə proqramlarının, layihələrinin hazırlanması.
- Türk dünyasının elmi-tədqiqat və tədris potensialının beynəlxalq miqyasda tanıdılması və akademik əməkdaşlığın genişləndirilməsi strategiyası.
3. Türk dünyasında mədəni inteqrasiyanın əsas prinsipləri və perspektivləri
- Türk xalqlarının qədim mədəniyyət abidələrinin, inanclarının, mifoloji baxışlarının, folklorunun müqayisəli tədqiqi
- Türk dövlətləri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və mədəni inteqrasiyanın əsas prinsipləri.
- Türk Dünyasının bioloji, genetik və təbii resurslarının qorunması və elmi inteqrasiyası üzrə birgə tədqiqat və təşviqat strategiyaları
- Qadınların sosial-mədəni inteqrasiya proseslərindəki rolu və iştirak səviyyəsi.
- Gender bərabərliyi və qadın hüquqları məsələləri: Türk dövlətlərində bu istiqamətdə görülən işlər.
- Ailə institutunun sosial-mədəni inteqrasiyadakı yeri və rolu.
- İslamın elmi əsaslarla təbliği və onun Türk dünyasında elm-mədəniyyət inkişafındakı rolu
Məqalələrin təqdim edilməsi üçün son tarix: 10 noyabr 2025-ci il
Məqalələrin qəbul ünvanı - E-mail: salamrauf1@yahoo.com
Əlaqələr:
- Rauf Məmmədov: əlaqə telefonu: +994702502784; e-mail: salamrauf1@yahoo.com
- Qabil Camalov: əlaqə telefonu: +994705101511; e-mail: qabil.cam@gmail.com
May 2026-cı ildə Türkiyədə keçirilməsi nəzərdə
tutulan beynəlxalq konfransın mövzusu:
MÜASİR “İPƏK YOLU” ÜZƏRİNDƏ TÜRK DÖVLƏTLƏRİNİN SİYASİ-İQTİSADİ İNTEQRASİYA PROSESLƏRİ: ÇAĞIRIŞLAR VƏ PERSPEKTİVLƏR
Toplunun əsas bölmələri
I - SİYASİ İNTEQRASİYA
- Türk Dövlətləri Təşkilatının institusional inkişafı və gələcək siyasi rolu
- Türk dövlətləri arasında strateji tərəfdaşlıq modelləri
- Siyasi qərarvermə mexanizmlərinin sinxronlaşdırılması: imkanlar və maneələr
- Türk dövlətlərinin xarici siyasət strategiyalarında koordinasiya imkanları
- Böyük güclərin (Aİ, Çin, ABŞ) regional siyasəti fonunda Türk İttifaqı ideyası
- İpək Yolu üzərində regional təhlükəsizlik və siyasi sabitlik çağırışları
- Münaqişələrin qarşısının alınması və vasitəçilik mexanizmlərində ortaq iştirak
- Geosiyasi risklər qarşısında Türk dövlətlərinin kollektiv mövqeyi
- Diplomatik xidmətlərin inteqrasiyası və vahid regional diplomatik platforma
- Türk dövlətləri arasında siyasi institutların əməkdaşlıq perspektivləri
- Qlobal təşkilatlarda (BMT, ATƏT, İƏT) ortaq siyasi mövqe formalaşdırılması
- Dövlət idarəçiliyində texnoloji sinxronluq və e-hökumət əməkdaşlığı
- Parlamentlərarası əməkdaşlıq və qanunvericilik uyğunlaşdırılması
- Regional liderlik məsələləri və siyasi balansın qorunması
- Pandemiya və qlobal böhranlar fonunda siyasi koordinasiyanın rolu
- Türk dövlətləri arasında siyasi etimadın möhkəmləndirilməsi mexanizmləri
- Qeyri-formal diplomatiyanın (track II diplomacy) inteqrasiya prosesində rolu
II - İQTİSADİ İNTEQRASİYA
- Ortaq iqtisadi məkanın yaradılması: nə mümkündür, nə lazımdır?
- Azad ticarət razılaşmaları və tariflərin sadələşdirilməsi
- Orta Dəhliz və Zəngəzur dəhlizi çərçivəsində ticarət və logistika imkanları
- Türk dövlətlərinin iqtisadi strategiyalarında uyğunluq və fərqliliklər
- Gömrük inteqrasiyası və rəqəmsal gömrük sistemlərinin uyğunlaşdırılması
- İqtisadi diplomatiya və Türk dövlətləri arasında ticarət missiyaları
- Müştərək investisiya fondları və birgə layihə maliyyələşməsi
- Enerji resurslarının birgə istismarı və enerji təhlükəsizliyi çərçivəsində əməkdaşlıq
- Bank və maliyyə sistemlərinin harmonizasiyası və vahid maliyyə alətləri
- Rəqəmsal iqtisadiyyatın inteqrasiyasında koordinasiya və texnoloji mühit
- Kiçik və orta sahibkarlığın (KOB) regional şəbəkələşməsi və dəstəyi
- Aqrar əməkdaşlıq və ərzaq təhlükəsizliyi istiqamətində ortaq proqramlar
- Ortaq iqtisadi statistika bazasının yaradılması və məlumat mübadiləsi
- İqtisadi dayanıqlıq və böhrana qarşı kollektiv cavab mexanizmləri
- Türk dövlətləri arasında əmək bazarlarının uyğunlaşdırılması
- Ortaq sərmayə forumları və iqtisadi sammitlərin təşkili
- Rəqəmsal ticarət sahəsində normativ-hüquqi bazanın uyğunlaşdırılması
- Türk dövlətlərinin iqtisadi model sintezinin mümkünlüyü və riskləri
Məqalələrin təqdim edilməsi üçün son tarix: 15 mart 2026-ci il
Məqalələrin qəbul ünvanı - E-mail:kerem@atauni.edu.tr; muge.yuce@atauni.edu.tr
Əlaqələr:
Prof.Dr.Kerem KARABULUT - 0533 370 99 87 Email: kerem@atauni.edu.tr
Doç.Dr.Müge - 0532 165 87 28 Email: muge.yuce@atauni.edu.tr
Oktyabr 2026-cı ildə Kokandda (Özbəkistan) keçirilməsi nəzərdə
tutulan beynəlxalq konfransın mövzusu:
MÜASİR “İPƏK YOLU” ÜZƏRİNDƏ TÜRK DÖVLƏTLƏRİNİN SOSİAL-İQTİSADİ İNTEQRASİYA PROSESLƏRİ: ÇAĞIRIŞLAR VƏ PERSPEKTİVLƏR
Toplunun əsas bölmələri
İqtisadi İnteqrasiya və Əməkdaşlıq İstiqamətləri
- Türk dövlətləri arasında regional iqtisadi inteqrasiyanın modelləri və səmərəliliyi
- İpək Yolu çərçivəsində Türk ölkələrinin ticarət dövriyyəsinin genişləndirilməsi imkanları
- Orta Dəhliz və iqtisadi əlaqələrin genişləndirilməsində rolu
- Türk dövlətlərinin milli iqtisadiyyatlarının tamamlayıcılığı və sinerji imkanları
- Rəqəmsal iqtisadiyyat və elektron ticarət sahəsində ortaq platformaların qurulması
- Rəqəmsal bankçılıq və maliyyə texnologiyalarında inteqrasiya imkanları
- Sosial sahibkarlıq və innovasiya əsaslı iqtisadi inkişaf modelləri
- Ortaq turizm bazarının formalaşdırılması və sosial-iqtisadi təsirləri
- Türk dövlətləri arasında investisiya mühiti və qarşılıqlı investisiya təşviqi
- Qadın sahibkarlığının dəstəklənməsi üzrə ortaq mexanizmlər
- Ortaq əmək bazarının formalaşdırılması: miqrasiya, hüquq və əmək hüquqları
- Əmək qüvvəsinin mobilliyi və bacarıqların uyğunlaşdırılması problemləri
- Regionlararası iqtisadi bərabərsizlik və inteqrasiya proseslərinə təsiri
- Türk dövlətlərində sosial-iqtisadi inkişafın rəqəmsal transformasiyası
- Ortaq aqrar və ərzaq siyasətinin formalaşdırılması və ərzaq təhlükəsizliyi
- Türk dövlətlərinin sənaye siyasətlərində koordinasiya və əməkdaşlıq imkanları
- Yaşıl iqtisadiyyat və ekoloji iqtisadi modelin sosial inteqrasiyaya təsiri
- Türk dövlətləri arasında KOB-ların (kiçik və orta bizneslərin) şəbəkələşməsi və regional rolu
Sosial İnteqrasiya və İnsan Kapitalı İstiqamətləri
- Türk dövlətlərində sosial rifah sistemlərinin uyğunlaşdırılması imkanları
- Sosial müdafiə və pensiya sistemlərində ortaq standartların tətbiqi
- Təhsil sistemlərinin sinxronlaşdırılması və ortaq akademik mübadilə proqramları
- Peşə təhsili və əmək bazarının ehtiyaclarına uyğunluq
- Gənclər proqramları və sosial inteqrasiyanın gücləndirilməsi yolları
- Sağlamlıq sistemlərinin inteqrasiyası və səhiyyə diplomatiyası imkanları
- Mədəniyyət və sosial identiklik: ortaq miras və dəyərlərin inteqrasiyada rolu
- Dil, ədəbiyyat və sosial ünsiyyət mühitinin uyğunlaşdırılması
- Sosial media və kommunikasiya platformalarında ortaq informasiya məkanının yaradılması
- Demoqrafik çağırışlar və əhalinin sosial-iqtisadi cəhətdən inklüziv inkişafı
- Rəqəmsal savadlılıq və sosial texnologiyaların yayılması
- Türk dövlətlərində urbanizasiya və şəhərsalmanın sosial-iqtisadi nəticələri
- Ailə institutu və əhalinin sosial dayanıqlılığı üzrə ortaq siyasətlər
- Mədəni və yaradıcılıq sənayelərinin sosial-iqtisadi inteqrasiyada rolu
- Gənc alimlər və tədqiqatçıların regional əməkdaşlıq formatları
- İpək Yolu boyunca sosial bərabərsizliklərin azaldılması strategiyaları
Logistika əlaqələri
- Dəniz, dəmir yolu, avtomobil və hava nəqliyyatının birgə işləməsini təmin edən sistemlər.
- Malların bir nöqtədən digərinə fasiləsiz və sürətli ötürülməsi üçün logistika dəhlizlərinin inteqrasiyası.
- Regionda birləşmiş logistika mərkəzlərinin (hub) yaradılması (məsələn, Bakı, Almatı, İstanbul və s.).
- Quru limanlar (dry ports) konsepsiyası ilə ölkədaxili nəqliyyatın optimallaşdırılması.
- Elektron sənəd dövriyyəsi (e-sənədlər), gömrük bəyannamələrinin avtomatlaşdırılması.
- Malların tranzitində və ticarətində gömrük prosedurlarının sadələşdirilməsi və unifikasiyası.
- "Yaşıl dəhliz" sistemi – sürətli və minimum yoxlamalı keçid rejimləri.
- Türk dövlətləri arasında birgə təlim proqramları, mütəxəssis mübadiləsi.
- Logistika sahəsində beynəlxalq səviyyədə tanınan sertifikat proqramlarının təşkili.
Məqalələrin təqdim edilməsi üçün son tarix: 15 avqust 2026-ci il
Məqalələrin qəbul ünvanı - E-mail: sherzodbekpulatov42@gmail.com; farmonov1510@gmail.com
Əlaqələr:
+998 91 154 00 88: Po’latov Sherzodbek Oybek ugli. Tel: +99891 112 21 00
E_mail: sherzodbekpulatov42@gmail.com
+998 91 154 00 88: Farmonov Ilhomjon Iqboljon ugli. Tel: 998911541510
E_mail: farmonov1510@gmail.com
MƏQALƏLƏRƏ DAİR TƏLƏBLƏR:
- Mülliflər tərəfindən elmi işçilərin identifikasiyası üçün istifadə olunan öz “Orcid”-in göstərilməsi.
- Məqalə əvvəllər nəşr edilməmiş, orijinal olmalıdır.
- Məqalənin başlanğıcında UOT, müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi və elmi adı, yaşayış yeri, iş yeri, telefon nömrəsi və elektron ünvanı göstərilir.
- Məqalə bu ardıcıllaqda strukturlaşır: xülasə, giriş (problemin qoyuluşu), məqsəd və vəzifələr, işlənmə dərəcəsi (nəşrlərin analitik icmalı), elmi yenilik, əsas mətn (zərurət olduqda ayrı-ayrı başlıqlarla hissələrə bölünür), nəticə və çıxarışlar, istifadə edilmiş ədəbiyyat siyahısı.
- 250-300 sözdən ibarət xülasə, yenə də, bu ardıcıllıqda strukturlaşır: məqalənin məqsədi, istifadə olunmuş metodologiya və metodlar, elmi yenilik və yekun çıxarışlar, “açar sözlər” (5-7 söz).
- Məqalələrin həcmi: 5–12 səhifə.
- Məqalələr A 4 formatında, yuxarıdan, sağdan və aşağıdan 2 sm, soldan 3 sm 1 intervalla, “Times New Roman” şrifti, 12 şriftlə elektron formatda (şrift 12 olmaqla) redaktora təqdim olunur.
- Məqalə və sitatlar müəllif tərəfindən redaktə edilməli və yoxlanılmalıdır. Haşiyələr mətn daxilində kvadrat mötərizədə verilir, məqalənin sonunda “İstifadə olunan ədəbiyyat” bölmələri var.
- Dil: məqalələr türk, rus, ingilis və yerli türk dillərində ortaq türk əlifbası ilə qəbul edilir. Yerli türk dillərində olan məqalələrin xülasələri ingilis dilində daha geniş yazılmalıdır.
- Elmi məqalələrə yalnız nəşrin baş redaktorları tərəfindən onların nəşrinin mümkünlüyü barədə ilkin müsbət qərar verildikdə rəy verilir. Monoqrafiyanın əhatə dairəsinə və ya elmi keyfiyyət meyarlarına uyğun gəlməyən məqalələr nəzərdən keçirilmir. Bu halda müəllifə qısa mənfi cavab göndərilir. Redaktorlar bu cür məqalələrin müəlliflərinə ətraflı rəy verməmək hüququnu özündə saxlayır.
- Məqalənin məzmununa görə müəllif məsuliyyət daşıyır.
- Bütün məqalələr plagiat üçün yoxlanılır. Plagiat təsdiqlənərsə, məqalənin dərcindən imtina edilir.