"Azərbaycan Post" qəzetinin nəşrləri Azərbaycan Milli Kitabxanasının arxivində

"Azərbaycan Post" qəzetinin nəşrləri Azərbaycan Milli Kitabxanasının arxivində

"Azərbaycan Post" qəzetinin buraxılışları Azərbaycan Milli Kitabxanasının rəsmi arxiv fonduna daxil edilib. Bu barədə qəzetin baş redaktoru rəsmi açıqlama verərək Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.

Baş redaktor qeyd edib ki, qəzetin uzun illər ərzində hazırladığı materialların ölkənin ən mötəbər elmi və mədəniyyət müəssisəsinin arxivində yer alması redaksiya kollektivi üçün böyük qürur mənbəyidir.

"Bu fakt, bizim üçün təkcə bir uğur deyil, həm də üzərimizə düşən ictimai və mədəni məsuliyyətin bir daha təsdiqidir. Milli Kitabxananın rəhbərliyinə və kollektivinə çap irsimizə göstərdikləri yüksək diqqət və dəstəyə görə dərin təşəkkürümüzü bildiririk," – deyə baş redaktor vurğulayıb.
Qeyd edək ki, “Azərbaycan Post” qəzetinin arxivə daxil edilməsi, tarixən Azərbaycan Türklərinin mətbuat sahəsində yaratdıqları aşağıdakı önəmli nəşrlərlə eyni sırada dayanır:

Hürriyyət – 1919-cu illər
Həqiqət – 1920-ci illər
Ajir (آژیر) – 1940-cı illər

"Azərbaycan Post" redaksiyası gələcəkdə də Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığını davam etdirməyi və ölkənin mətbuat tarixində birgə yeni izlər buraxmağı planlaşdırır.

https://www.millikitabxana.az/newspapers/search?name=Azerbaijan+Post&year=&month= 


Qeyd olunanlarla bağlı "Azərbaycan Post" qəzetinin baş redaktoru tərəfindən Azərbaycan Milli Kitabxanasına ünvanlanmış təşəkkür məktubunu təqdim edirik:

Azərbaycan Milli Kitabxanasının hörmətli rəhbərliyinə

"Azərbaycan Post" qəzetinin nəşrlərinin Azərbaycan Milli Kitabxanasının dəyərli arxiv fonduna daxil edilməsi barədə məlumatı dərin məmnunluq hissi ilə qarşıladıq.

Milli irsimizin qorunması, çap məhsullarının gələcək nəsillər üçün əlçatan saxlanılması istiqamətində göstərdiyiniz səmərəli fəaliyyət və xüsusi diqqətə görə Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Azərbaycan Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlığımızın gələcəkdə də davam edəcəyinə və birgə layihələr çərçivəsində uğurlu nəticələr əldə olunacağına əmin olduğumuzu qeyd etmək istərdik.

Zati-alinizə və rəhbərlik etdiyiniz mötəbər elm və mədəniyyət ocağının kollektivinə məsul və şərəfli fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.

Ən dərin hörmətlə,

Yashar( ALi) PoorALi
Baş redaktor
"Azərbaycan Post" qəzeti

"Azərbaycan Post" qəzetinin nəşrləri Azərbaycan Milli Kitabxanasının arxivində


Leave a Comment